• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1978
— 04.07.2024 19:12

Kikboksinqçilərdən uğurlu çıxış

KepezTV Player

Gəncə komandası iştirak etdiyi kikboksinq üzrə 28-ci ölkə birinciliyində uğurlu çıxışla diqqət çəkib. Nizami yurdunun idmançıları yarışda 6 fərqli əyarlı medal qazanıblar.

Qubada keçirilən ölkə birinciliyində Gəncə kikboksinqçiləri kadet, yeniyetmə və gənclər arasında fərqlənə biliblər. Yarışda yeniyetmələrdə 75 kq-da Talıb Musayev qızıl, 67-də Abbas Əhmədov və 48 kq-da Məhəmməd Məmmədov bürünc medala yiyələnib. Məşqçi Yaşar İsgəndərovun yetirmlərindən isə 3-ü mükafatçılar sırasına düşüb. Kadetlərin yarışında 32 kq-da Murad İbrahimovun gümüş medal qazandığı mübarizələrdə, eyni yaş qrupunda 69 kq çəkidə Ruhin Salmanov və gənclərdə 54 kq-da Baba Abbaszadə bütün rəqiblərini məğlub edərək ölkə birincisi olublar.

Baba Abbaszadə- ölkə birinciliyinin qalibi: “Artıq 6-cı dəfədir ki, Azəbaycan birinciliyində iştirak edirdim. Ümidlərim böyük idi. İnanırdım ki, qızıl mükafatla qayıdacam. Şükür ki, hər şey isdəyimiz kimi oldu, qızıl medalla döndüm. Məqşlərimiz də davam edir, qarşıdakı yarışlara hazırlaşırıq”.

Ruhin Salmanlı- ölkə birinciliyinin qalibi: “Azərbaycan çempionatında birinci yerə layiq görülmüşəm. Orda 3 döyüş keçirdim. Rəqiblərimin 2-si Bakıdan, biri isə Qubadan idi. Mən ilk dəfə Azərbaycan birinciliyinə qatılsam da inanıram ki, gələcəkdə Avropa və dünya birinciliklərində də birinci olacam”.

Murad İbrahimov- ölkə birinciliyinin gümüş mükafatçısı: “Yarış yaxşı təşkil olunmuşdu. Biz də yaxşı hazırlaşmışdıq. 5 döyüş keçirirək finalda məğlub oldum. İnşallah, gələcək yarışlarda qızıl medala sahib olaram”.

Məşqçi Yaşar İsgəndərov yetirmələrinin çıxışından razılıq ifadə edib. Eyni uğuru beynəlxalq yarışlarda da təkrarlamaq istədiklərini deyib.

Yaşar İsgəndərov- məşqçi: “Dəfələrlə bu yarışlarda iştirak edən idmançılarımız yenə də nailiyyət qazandılar. Onların arasında Avropa çempionu varıydı ki, ölkənin ən güclüsü oldu. Həmçinin yetirmələrimizdən ilk dəfə yarışa qatılan varıydı, o da qalib gəldi. Yetirmələrimdən çox razıyam. Bu idmançılara ümidlərimiz çox böyüdür. Qarşıdakı yarışlara məşqçi kimi məsuliyyət daşıyaraq hazırlaşıb, qızıl medallar qazanaraq vətənimiz təmsil edərik”.

6 medalı boynundan asdıran Cavadxan yurdunun kikboksinqçiləri yarışda komanda hesabında da 1-ci yerə çıxıblar. Qubadakı ölkə birinciliyində gənclər arasında qalib olan idmançılar dünya birincliyinə vəsiqə əldə ediblər. Həmin yarış gələn ay Macarıstanın paytaxtı Budapeştdə təşkil ediləcək.

Orxan Cəfərzadə