• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1789
— 03.06.2024 19:37

İki mindən çox abituriyent imtahan verib

KepezTV Player

Dövlət İmtahan Mərkəzi tərəfindən 1-ci və 4-cü ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. 20 şəhər və rayonu əhatə edən proses Gəncədə də baş tutub. Nizami yurdunda 9 binada keçirilən imtahanda ərizəsini təsdiqləyən 2128 nəfərin 50-dən çoxu müxtəlif səbəblərdən iştirak etməyib. Heç bir neqativ halın qeyd alınmadığı prosesin idarə oluması üçün 9 ümumi rəhbər, 24 imtahan rəhbəri və 183 nəzarətçi müəllim imtahana nəzarət edib. İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Pərvin Abbaszadə