• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 987
— 30.05.2024 18:05

Naxçıvanın 100 illiyinə həsr olunan dəyirmi masa

KepezTV Player

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib. Dəyirmi masanın mövzusu “Naxçıvanı Azərbaycan torpaqlarından ayıran bölgələrin Ermənistana verilməsi tarixi” olub. Çıxış edənlər “Naxçıvanın Azərbaycan elminə bəxş etdiyi görkəmli kimyaçı alimlər”, “Zəngəzurun Ermənistana verilməsi: tarixi arayış”, “Naxçıvan Araz-Türk Respublikası” və başqa mövzularda məruzələr təqdim ediblər. Vurğulanıb ki, Naxçıvan Azərbaycanın tarixində mühüm yer tutur, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynayıb. Naxçıvan əsrlər boyu yetişdirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr verib.

Aişə Rzayeva