Azərbaycan Dövlət Aqrar Universitetində “Karyera Sərgisi-2024” keçirilib. Sayca 16-cı olan sərginin əhəmiyyətindən danışılıb, məzun olan tələbələrə uğurlar arzu edilib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun da iştirak etdiyi tədbirdə aqrar sektorda innovasiyaların tətbiqindən və yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasından danışılıb. Kənd təsərrüfatının intensiv inkişafının əhəmiyyətinə toxunulub. Azərbaycanda aqrar sahədə məhsuldarlığın artmasını təmin edən müasir texnika və texnologiyalardan səmərəli istifadə etmək bacarığına malik peşəkar kadrlara, mütəxəssislərə ehtiyac duyulduğu vurğulanıb. Karyera sərgisində 100-dən çox təşkilat və şirkət tərəfindən 1000-dən artıq vakant yer təqdim olunub. İştirakçı müəssisələrin təmsilçiləri vakant iş yerləri barədə məzun və qonaqlara ətraflı məlumat veriblər.
Aişə Rzayeva
- Baxış: 253