• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1690
— 30.05.2024 17:55

Bəstəkarın yaradıcılıq gecəsi keçirilib

KepezTV Player

Gəncədə həvəskar bəstəkar Svetlana Hüseynovanın yaradıcılıq gecəsi baş tutub. Dövlət Filarmoniyasında keçirilən musiqili gecəyə şəhərin musiqi ictimaiyyətinin nümayəndələri qatılıb. Musiqiçi-pedaqoqun fəaliyyətindən, yaradığıcılığından söz açılıb. İxtisası üzrə çalışdığı müəssisələrdə qazandığı uğurlar diqqətə çatdırılıb. Onun Azərbaycan klassik musiqisinə olan marağından, ədəbiyyat dünyasının parlaq simalarının əsərlərinə müraciət etdiyindən danışılıb. Konsertdə Svetlana Zelmixanqızının təqdimatında bəstələdiyi musiqilər təqdim olunub. Onun müşaiyəti altında lirik musiqilərlə yanaşı, vətənpərvər ruhunda nota alınan əsərlər səslənib. Bir-birindən rəngarəng ifalar 2 saata yaxın vaxt kəsiyində filarmoniyaya gələnlərin alqışları ilə qarşılanıb.

Svetlana Zelmixanqızı- bəstəkar: “Mənim müəllif konsertim baş tutub. Şükürlər olsun, hər şey uğurla keçdi. Bu, mənim 5-ci müəllif konsertim idi. Bundan əvvəlki konsertimi Heydər Əliyev Mərkəzində Ulu öndərimizin 100- illiyinə həsr etmişdim və ona həsr etdiyim musiqi səsləndi. Bu gün klassik şairlərimizin sözlərinə yazdığım mahnılar, Məshəti Gəncəvinin, Nizami Gəncəvinin sözlərinə yazdığım mahnıları Gəncəm triosu böyük uğurla ifa etdi”.

Pərvin Abbaszadə