• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1095
— 24.05.2024 18:38

"Tacikistan və Azərbaycan dostluğu" adlı konsert

KepezTV Player

Ölkəmizdə keçirilən Tacikistan Mədəniyyəti Günləri sona çatıb. Mədəniyyət günlərinin sonuncu günündə Gəncə Dövlət Filarmoniyasında "Tacikistan və Azərbaycan dostluğu" adlı konsert proqramı təqdim olunub. Proqramda “Sevdiyim diyar”, “Bu gözəl gözlər”, “Tacikistan-Azərbaycan”, “Sevgim”, “Dostluğun nuru” və digər mahnılar ifa olunub. Tacikistan sənətçilərinin təqdim etdiyi musiqi və rəqs nömrələri böyük maraq və alqışlarla qarşılanıb. Qonaq ifaçıların Azərbaycan musiqisinə müraciəti isə xüsusi rəğbət doğurub. “Azərbaycan", "Sarı gəlin" və “Sevgili canan” mahnıları gurultulu alqışlarla mükafatlandırılıb.

Pərvin Abbaszadə