• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1109
— 24.05.2024 18:37

Mobil tətbiqlə sağlamlıq daha əlçatan olacaq

KepezTV Player

Naftalan və onun müalicə mərkəzlərinə əlçatanlığı təmin etmək məqsədilə “Visit Naftalan” mobil tətbiqi istifadəyə verilib. Mobil tətbiqin təqdimat mərasimində bu layihənin şəhərə üz tutmaq istəyənlər üçün yaratdığı üstünlüklərdən söz açılıb. Müxtəlif bölmələrdən ibarət olan “visit Naftalan”da şəhər, oradakı hotel və sağlamlıq mərkəzlərində təklif edilən xidmətlər, asudə vaxtı harada və səmərəli keçirməyin mümükünlüyü barədə məlumatlar əks olunub. Bununla şəhərin turizm imkanlarından faydalanmaqla səyahət planını asanlaşdırmaq, görməli yerləri kəşf etmək, möcüzəvi Naftalan nefti ilə müalicənin üstünlüklərindən məlumatlı olmaq mümkündür. Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə hazırlanan mobil tətbiqi “Android” və “İOS”əməliyyat sistemi ilə çalışan mobil qurğular üzərindən yükləmək olar. Bu tətbiqin istifadəsi turist məmnunluğu ilə yanaşı, Beynəlxalq Turizm Mərkəzi olan Naftalana üz tutanların sayının artmasına hesablanıb. “Visit Naftalan” mobil tətbiqi eləcə də Naftalanın inklüziv və dayanıqlı inkişafına da töhfə verəcək. Yerli turistlərin və dünyanın 60-dan çox ölkəsindən Naftalana üz tutanların istifadəsini asanlaşdırmaq üçün mobil tətbiq Azərbaycan, ingilis və rus dillərində hazırlanıb. Sonda təqdimatda iştirak edən qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Orxan Cəfərzadə