• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1318
— 04.04.2024 19:41

Şəhidlərin xatirəsi yad edilib

Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının təşəbbüsü ilə 2016-cı ilin aprel döyüşlərinin şəhidləri yad edilib. Tədbir vətən uğrunda canından keçən igidlərin doğum günlərini özündə əks etdirən videoçarxın təqdimatı ilə başlayıb. Çıxışlarda 8 il bundan öncə baş verən döyüşlərdə göstərilən şücaətin torpaqlarımızın azad olunmasına gedən yolda əhəmiyyətinə toxunulub. Canından keçərək şəhadətə ucalan qəhrəmanların örnək olan döyüş yollarından danışılıb. Bu kimi tədbirlərin qəhrəmanların daim xatirələrdə yaşaması baxımından təqdirəlayiq olduğu vurğulanıb. Gələcəkdə belə formatlarda layihələrin gerçəkləşməsinin vacibliyinə diqqət çəkilib.

Orxan Cəfərzadə