Şəmkirdə yerli bələdiyyələrin nəzdində yaradılan müəssisələrin kadr təminatı peşə liseyinin şagirdləri hesabına ödəniləcək. Gələcəkdə rayonun təsərrüfatlarında, idarələrində çalışmaq imkanı qazanacaq gənclərin ixtisaslı olması məqsədilə liseydə tədris tələbata uyğun şəkildə qurulub.
Təsərrüfatlarda əsasən traktorçu, maşın-mexanizmlərin idarə edilməsi, fəhlə kimi işlərin icraçılarına ehtiyac var. Rayonun bu kimi peşələr üzrə kadr təminatı Şəmkir Peşə Liseyi tərəfindən həyata keçirilir.
Səma Qasımova şagird: Elektrin montyor rabitə üzrə təhsil alıram. Mənim kiççik yaşlarımdan rabitəçi olmaq həvəsim olub. Bu səbəbdəndə Şəmkir Peşə Liseyinə üzümü tutdum.
Nicat Şıxəliyev şagird: Mən elektrik qrupunda oxuyuram. Dərslərimiz yaxşı oxuyuram gələcəkdə yaxşı kadr olmaqla işimin mütəxəssisi olum.
Cahandar Alıməmmədov şagird: Çalışıram kis eçdiyimin peşənin sirlərini öyrənim. Çünki müstəqil respublikamızın inkişafı üçün savadlı kadrlar lazımdır.
Profilli traktoruçu və rabitə üzrə montyorluq olan lisüydə avtomobil təmiri və sürücülük, dərzi, suvarma sistemləri operatoru kimi 14 qrup mövcuddur. Rayonda xalçaçılığın inkişafı da diqqətdən kənarda qalmayıb.
İsrail Quliyev Şəmkir Peşə Liseyinin direktor müavini: Artezian İdarəsi, Ceyrançöl MMC, müxtəlif şəxsi təsərrüfatlara da biz kadrlar hazırlayırıq. Rabitə şöbəsinə kadr hazırlayırıq. İndi son dövlrədə bilirsiz ki dünyada ən məşhur xalçalar Azərbaycanda hazırlanır. Ona görə də xalçaçılqıda Şəmkirdə inkişaf edir. İndi biz xalçaçılıq üzrədə ixtisaslı kadrlar yetişdiririk.
300-ə yaxın şagirdin müxtəlif peşələrə yiyələndiyi liseydə dərslər əyani vasitələrdən istifadə edilməklə tədris olunur.
Xalidə Rüstəmova müəllim: Gələcəkdə bunlar hərbiyə gedərkən ixtisaslı kadrlar olsunlar. Yerlərdə işləyərkən heç bir zəhmət çəkməsinlər. Sənədlərini tam öyrənsinlər ki gələcəkdə heç bir problemlə rastlaşmasınlar.
Şəmkirdə yeni yaradılan emal və istehsal müəssələri peşə liseyinin ixtisaslı fəhlə kadrlarından səmərəli şəkildə yararlanır. Hətta liseyə bəzi dövlət və özəl müəssiələri tərəfindən növbəti il üçün sifarişlərdə verilib.
Liseydə təhsilin praktik məşğələlərlə birgə təşkili gənclərin yiyələnəcəyi peşə üzrə ixtisaslı olmasına imkan verir.
Natiq Hüseyn
- Baxış: 1088