• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2154
— 18.12.2018 15:32

Şəmkirin daha bir kəndində tibb müəssisəsi yenilənib

KepezTV Player

Şəmkirin Qədimqala kəndində həkim məntəqəsi əsaslı təmirdən sonra əhalinin istifadəsinə verilib. 3562 sakinə xidmət göstərəcək tibb ocağı 6 otaqdan ibarətdir. Burada terapevtik, stamatoloji, eləcə də digər tibbi xidmətlər göstəriləcək. Rayonda ümumilikdə 27 tibb və 32 həkim məntəqəsi mövcuddur. Son illər ərzində müxtəlif kəndlərdə 10-a yaxın səhiyyə ocağı günün tələbləri səviyyəsinə çatdırılıb. Bu il rayonun 4 kəndində həkim məntəqəsi yenilənib. Hazırda Şiştəpə kənd həkim məntəqəsində son tamamlanma işləri aparılır. Bundan başqa Şəmkir rayon Mərkəzi Xəstəxanası və Kür qəsəbə xəstəxanasında inşaat işləri davam etdirilir. Növbəti il Əliyaqublu və Mahmudlu kənd həkim məntəqələrinin əsaslı şəkildə yenilənməsi nəzərdə tutulub. Rəsmi hissədən sonra yerli büdcə hesabına yenilənən həkim məntəqəsi ilə tanışlıq olub.

Ayaz Orucov Qədimqala kənd həkim məntəqəsinin müdiri: Bu günləri sevindirici haldır ki Qədimqala kənd həkim məntəqəsi tam əsaslı təmir olunaraq bizim istifadəmizə verilir. Bu bizim işimizi asanlaşdırır. Biz gənc həkimlər bu yaradılna şəraitdən səmimi yararlanaraq bundan sonra kənd sakinlərinin müayinələrini vaxtlı-vaxtında və lazımı tərzdə aparcağıq.

Natiq Hüseyn