• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2068
— 15.06.2017 14:46

Gəncədə Milli Mədəniyyət Festivalı keçirilib

KepezTV Player

Gəncənin 2017-ci il Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı seçilməsi ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə şəhərin  ümumtəhsil məktəbləri arasında milli mədəniyyətin təbliği çərçivəsində Milli Mədəniyyət Festivalı keçirilib. Musiqi, şeir, rəsm, rəqs və natiqlik  nominasiyaları üzrə təşkil olunan yarışlarda 8-14 yaş arası şagirdlər iştirak edib. 2 ay davam edən seçim turunun sonunda 5 nominasiya üzrə qaliblər müəyyən olunub. Müsabiqənin qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Mövlud Zalı- müsabiqənin qalibi: “Mən bu müsabiqə haqda məktəbdə eşitdim, gəldim özümü sınadım, 5 nəfərdən biri oldum. Çox sevindim ki, belə müsabiqədə iştirak etmişəm, çox sevincliyəm”.

Aytac Məmmədova- müsabiqənin qalibi: “Mən 2 ildir ki, rəssamlıqla məşğul oluram. Məktəbdə elan etdilər rəsm üzrə müsabiqənin olduğunu. Mən də qatıldım və 5 nəfərdən biri oldum. Çox sevincliyəm”. 

Nəzrin Allahverdiyeva- layihənin rəhbəri: “Mili mədəniyyətimizin formalaşmasında, onun geniş təbliğ olunmasında belə tədbirin keçirilməsi, bundan əlavə istedadlı gənclərin aşkara çıxarılması üçün  imkanlar yaradır. İnşallah, başqa layihələrimiz olacaq, hələlik isə Milli Mədəniyyət Festivalının bağlanışıdır”.  

Elton Cabbarlı