• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1753
— 10.09.2018 16:40

Şəmkir–Abbaslı–Nərimanlı avtomobil yolunun tikintisinə başlanılıb

KepezTV Player

Prezident İlham Əliyevin sərəncamı ilə tikintisinə başlanılan Şəmkir–Abbaslı–Nərimanlı avtomobil yolu 71 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsinə gediş-gəlişi asanlaşdıracaq. Yolda hərəkətin qısa zamanda və təhlükəsiz təmini üçün işlər kefiyyətlə aparılır.

Zirəddin Zalov sürücü: Biz rayona gedəndə çox çətinliklər çəkirdik. Maşınlarımız pis hallara düşürdü. Günümüz təmirdə keçirdi.

Yaxın bir neçə aydan sonra Şəmkir–Abbaslı–Nərimanlı avtomobil yolu ilə hərəkət edən sürücülərin bu kimi çətinlilyi qalmayacaq. 3-cü texniki dərəcəyə uyğun olaraq yenilənən yol 15 klometr uzunluğunda, iki hərəkət zolaqlı olacaq. Yol üzərində suötürücü borular qoyulacaq, yol nişanları quraşdırılacaq, yol-cizgi və yol-göstərici xətlər çəkiləcək, avtobus dayanacaqları tikiləcək.

Elşən Cabbarov sürücü: maşınlarımız tez-tez sıradan çıxırdı. İndi şükürlər olsun ki yollarımız düzəlir. Həm rahat olacaq həm də pulumuz cibimizdə qalacaq. Maşınımızda rahat olur.

Bu yoldan istifadə edən sürücülər kimi sərnişinlər də sevinclidir. Çünki mənzil başına tez və rahat çatmaqla yanaşı, istehsal etdikləri kənd təsərrüfatı məhsullarını bazarlara daha qısa zamanda çatdıra biləcəklər.

Yalçın Namazov sakin: Özümüm istilikxanam var. Mən öz malımı bazara vaxtlı-vaxtında çatdıra bilmirdim. Təşəkkür ediərm ki belə yollar çəkilir. Bu yollarla biz bazara çıxacağıq.

Şəmkir–Abbaslı–Nərimanlı avtomobil yolunda tikinti işlərinin yaxın aylarda başa çatdırılması planlaşdırılır.

Natiq Hüseyn