• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 995
— 04.04.2024 19:38

Xankəndi və Xocalıda minatəmizləmə işləri davam edir

Antiterror əməliyyatlarından sonra azad olunan ərazilərdə mina və partladılmamış sursatların təmizləmə işlərinə başlanılıb. ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, ilkin baxış zamanı müxtəlif yerlərdə, körpülərdə, yollarda çoxlu sayda tələ minaları aşkar edilib. Hazırda Xocalı, Malıbəyli, Xankəndi və Kərkicahanda minatəmizləmə fəaliyyəti davam edir. ANAMA rəhbərinin sözlərinə görə, Ermənistan Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarina aid çox az məlumatlar, mina formulyarları verib. Bu yaxınlarda Kəlbəcər rayonunun Murovdağ silsiləsinə aid məlumatlar üzrə 8 formulyar təqdim edilib. Lakin bunun da dəqiqliyi çox aşağı olub. Vüqar Süleymanov Rusiya sülhməramlılarının Xocalıda minatəmizləmə əməliyyatlarına cəlb olunacaqlarını da bildirib.