Ermənistan tərəfindən işğal və hətta postmünaqişə dövründə ərazilərin minalanması, mina-tələlərin quraşdırılması itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən məzar yerlərində axtarış, qazıntı və ekshumasiya işlərinin aparılmasına da ciddi maneə yaradır. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından vurğulanıb ki, bir çox hallarda mütəxəssis heyətinin işləməsi üçün ərazilərin minalardan təmizlənməsinə uzun müddət vaxt tələb olunur. Otuz ildən artıq itkin düşmüş doğmalarının yolunu gözləyən vətəndaşlarımızın iztirablarının artmasına və ümidlərinin azalmasına səbəb olan bu hal Ermənistanın beynəlxalq humanitar hüquqa hörmətsizliyinin bariz nümunəsidir.
- Baxış: 109