• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1992
— 19.03.2024 10:41

Polis uğurlu əməliyyatlar keçirib

Saatlıda polis sosial şəbəkələr vasitəsilə tanış olduğu İran vətəndaşının təklifi ilə narkokuryerliyə cəlb edilən paytaxt sakini Gülməmməd Əliyevi saxlayıb. Ondan 8 kiloqram marixuana və heroin aşkar edilib. Son bir həftə ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 5 nəfər də istintaqa təhvil verilib. Polis Yeni Novruzlu kəndində evlərdən birindən pul və qızıl-zinət əşyalarını Sabirabad sakini, hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən Emin Abbasovun oğurladığını da müəyyənləşdirib. Daha bir əməliyyatla Araz çayının sahilindən 1 ədəd F-1 qumbarası, 44 ədəd patron aşkar edilib. Rayon sakini olan 11 nəfər müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil verib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.