KepezTV Player
Bakıda avtobus sürən və bunu videoya çəkərək paylaşan yeniyetmənin valideyni məsuliyyətə cəlb edilib. Baş DYP İdarəsi “İsuzu” markalı avtobusun yeniyetmə tərəfindən idarə olunmasını əks etdirən görüntünü araşdırarkən hadisənin paytaxtın Xəzər rayonunda 15 yaşlı uşaq tərəfindən törədilməsi müəyyən edilib. Polis əməkdaşları tərəfindən həmin yeniyetmə və atası ilə profilaktik söhbətlər aparılıb. Səhlənkarlığa yol verdiyini etiraf edən valideyn barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
- Baxış: 149