• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1586
— 27.02.2024 16:00

Dəniz sərhədi pozulub, İran vətəndaşları saxlanılıblar

Dövlət Sərhəd Хidmətinin Sahil Mühafizəsi Azərbaycanın dəniz sərhədini pozan şəxsləri saxlayıb. Belə ki, “Şahdağ” sərhəd gözətçi gəmisi Xəzər dənizinin Azərbaycana mənsub bölməsinin Ələt reydi istiqamətində cənuba doğru hərəkət edən naməlum hədəf aşkar edib. Daha sonra “Yamaha-200” mühərriki ilə təchiz edilmiş iki nəfər heyət üzvü olan qayıq saxlanılıb. Dəniz sərhədini pozduqlarına görə saxlanılmış qayığın heyət üzvlərinin İran vətəndaşları - Mehran Tağı oğlu Yusifinecat və Şəhram Qafur oğlu Mahmudi olduqları müəyyənləşib.