Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının Azərbaycan birinciliyi start götürüb. Turnir Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutub. Yarışda Bakı və Mingəçevirdən olan 100-dən artıq avarçəkən mübarizə aparır. Bu son illərdə avarçəkmə üzrə keçirilən ölkədaxili turnirlərdə rekord idmançı sayıdır. Fərqlənən idmançılar mayda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən “Prezident Kuboku-2024” beynəlxalq reqatasında iştirak edəcək yığma komandanın heyətinə cəlb ediləcək.
- Baxış: 168