• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 705
— 22.02.2024 08:50

Avtomobil aşıb, ölən və yaralılar var

Salyanda yol nəqliyyat hadisəsi baş verib, qəza nəticəsində bir nəfər ölüb, 2 nəfər xəsarət alıb. Hadisə Ələt-Astara avtomobil yolunun Salyan rayonu Xıdırlı kəndi ərazisində qeydə alınıb. “VAZ-21010” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə 3 nəfər Cəlilabad rayon sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan biri 1970-ci il təvəllüdlü Azər Aslanov xəstəxanaya aparılarkən yolda ölüb. Digər iki yaralı Salyan Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.