• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1247
— 17.02.2024 12:24

Narkotik satışı ilə məşğul olan şəxs ələ keçirilib

KepezTV Player

Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşları Qobustan qəsəbəsində Bakı sakini 1989-cu il təvəllüdlü Emin Vəliyevi 5 kiloqram 369 qram marixuana, 245 qram tiryək və psixotrop tərkibli 100 ədəd metadon həbi ilə saxlayıblar. Vəliyev narkotikləri İran vətəndaşı vasitəsilə əldə edib, ayrı-ayrı şəxslərə çatdırmaqla pul qazanmaq məqsədi güddüyünü bildirib. Faktla bağlı cinayət işi başlanılıb.