Məlumdur ki, insanın intellekt bacarığı onun həyatının önəmli faktlarından biridir. Çox zaman buna önəm verməsək də, hər zaman ətrafımızdakı insanların nəzərində olur.
Bu gün- yanvar ayının 24-ü hər il dünyada Beynəlxalq Təhsil Günü kimi qeyd edilir. Təşkilatın bu qərarı İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 26-cı maddəsi ilə təsbit olunmuş təhsil hüququnun daha geniş təbliği məqsədi daşıyır.
Təhsilin insan həyatında, müstəqil Azərbaycanımızın tarixində oynayacağı mühüm rolu qiymətləndirərək Ulu öndərimiz Heydər Əliyev qeyd edirdi: “Gərək gənclərimiz həyatımızın bu çətinliklərinə baxmayaraq, təhsillənsinlər. Yəni biz məktəblərin, təhsil müəssisələrinin işinə daha çox qayğı, diqqət göstərməliyik. Hər hansı bir çətinliyə baxmayaraq, biz təhsili yaşatmalıyıq”.
Akif Muradov- tələbə: “Düzgün tələffüzə mütləq diqqət etməliyik ki, gələcəkyönümlü uğurlarımız bol olsun”.
Müsahibimizin dediklərinə əsasən deyə bilərik ki, kitab oxumaq da danışıq qabiliyyətimizin inkişafında özünü əks edir. Əlbəttə, istər maarifləndirici, istərsə də bədii kitablar oxuduqda, insanın intellekt səviyyəsi tərəqqi edir. Gəncimizin növbəti cavabı, problemin aradan qaldırılmasıyla bağlı oldu.
Akif Muradov- tələbə: “Gənclərin inkişafı üçün müəllimlər diqqətli olmalıdırlar”.
Tellan Zeynalova
- Baxış: 139