• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1515
— 05.09.2024 18:17

Şəhidlər haqqında yazılan kitabın təqdimatı olub

KepezTV Player

Tovuzda "Vətən fədailəri: Tovuz şəhidləri" kitabının təqdimatı olub. Yazıçı-publisist Manya Səxavətqızının şəhadətə yüksələn qəhrəmanlarımıza həsr etdiyi kitab "Vətən fədailəri” silsiləsindən olan 4-cü nəşrdir. Bundan əvvəl Naxçıvan, İmişli və Şəki şəhidlərinin xatirəsi əbədiləşdirilib. Bu Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü olan Manya Səxavətqızının sayca 11-ci, şəhidlərə həsr etdiyi 9-cu kitabıdır. Çıxışlarda şəhidlərimiz haqqında yazılan kitabın əhəmiyyətindən danışılıb. Bu kimi addımların atılmasının vacibliyi vurğulanıb. Kitab şəhid ailələri ilə yanaşı tədbir iştirakçılarına da hədiyyə olunub.

Fərid Mehdiyev