Postmüharibə dövründə şəhid ailəsi üzvləri və müharibə əlilləri, həmçinin müharibə veteranı olan 104 min şəxsə 117 min sosial ödəniş təyin edilib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyevin sözlərinə görə, iki il ərzində 4 039 nəfərə əlillik təyinatı apanlıb. 22,3 min şəxsə birdəfəlik ödəmə təyin olunub. 20,6 min şəxs üçün məşğulluq tədbirləri görülüb, onlardan 10,4 min şəxs özünüməşğulluq programına cəlb edilib. 11 min nəfərə 56,3 min reabilitasiya xidməti göstərilib, həmçinin 460 hərbçi 481 ədəd yüksək texnologiyalı protezlə təmin edilib. 6 min mənzil şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə təqdim edilib. İndiyədək imtiyazlı şəxslərə 14,8 min mənzil verilib. 2023-cü ildə müharibə əlillərinə 474 avtomobil təqdim edilib. Ümumilikdə indiyə qədər imtiyazlı şəxslərə 7 600 avtomobil verilib.
- Baxış: 2604