Seçicilər bütün "ASAN xidmət" mərkəzlərində seçici statusunu yoxlaya biləcəklər. Bununla bağlı sözügedən mərkəzlərdəki "ASAN növbə" terminallarında "Seçici statusunu yoxla" adlı xüsusi bölmə yaradılıb. Vətəndaşlar şəxsiyyət vəsiqələrini qeyd olunan yerdə oxudaraq, adlarını seçici siyahısında yoxlaya və hansı seçki məntəqəsində səs verməli olduqlarını öyrənə bilərlər. Həmçinin, qeydiyyat üzrə seçki dairəsi və məntəqəsi, səs veriləcək seçki məntəqəsinin ünvanı haqqında məlumatları əldə etmək mümkündür. Məlumatlar sistemdə əks olunmadığı təqdirdə, açılan ekranda əlaqə məlumatlarını yazmaqla Mərkəzi Seçki Komissiyasına müraciət etmək imkanı da yaradılıb. Sözügüdən innovativ həll MSK və “ASAN xidmət”in birgə layihəsi çərçivəsində reallaşdırılıb.
- Baxış: 66