• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1716
— 08.01.2024 09:21

Zəlzələ nəticəsində ölənlərin sayı 160 nəfəri ötüb

KepezTV Player

Yaponiyanın mərkəzi hissəsindəki İşikava prefekturası sahillərində yanvarın 1-də baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 161 nəfərə çatıb. Son məlumatlara görə, təbii fəlakət nəticəsində ən azı 560 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Səlahiyyətli qurumlar 195 nəfərin hələ də itkin hesab olunduğunu bildirir. Ən böyük ziyan ən azı 1370 evin tamamilə və ya qismən dağıldığı İsikava prefekturasında baş verib, yanğınlar isə 300-ə yaxın binanı məhv edib. Bölgədə elektrik, su və yanacaq çatışmazlığı davam edir. Yaponiya özünümüdafiə qüvvələrinin bölmələri də daxil olmaqla, təbii fəlakət bölgəsində axtarış-xilasetmə əməliyyatı davam edir.