Gənclər və İdman Nazirliyi 2023-cü ilin idman yekunlarına həsr olunan tədbir keçirib. Mərasimə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri qatılıblar. Gənclər və idman naziri Fərid Qayıbov 2023-cü ilin Azərbaycan idmanı üçün uğurlu keçdiyini bildirib, 2024-cü ilin ölkə idmanı üçün daha da uğurlu olacağını vurğulayıb. Sonra müxtəlif nominasiyalar üzrə ilin qaliblər mükafatlandırılıb. 2023-cü ilin ən yaxşı qadın idmançısı bədii gimnast Zöhrə Ağamirova, kişi idmançısı cüdoçu Hidayət Heydərov olub. “Qarabağ” futbol klubu ilin komandası, Qurban Qurbanov ilin məşqçisi seçilib. Təcrübəli mütəxəssis həm də Ədalətli oyun mükafatına layiq görülüb. Bədii gimnastika üzrə milli ilin ən yaxşı qadın komandası olub.
- Baxış: 249