Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gəncədəki orta məktəblərin Fiziki tərbiyə müəllimləri arasında basketbol yarışı keçirilib. Məqsəd, təhsil müəssisələrində basketbol idman növünün kütləviliyini artırmaq, müəllimlər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi olub. Tədbirin sonunda qalib komandanın üzvləri kubok və təşəkkürnamələrlə təltifləndirilib.
Vüqar Xəlilov- Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin sektor müdiri: “Bugünkü gündə Fiziki tərbiyə müəllimləri arasında basketbol idman növü məktəblərdə, ümumi təhsil müəssisələrində daha da geniş vüsət almışdır, maraq artmışdır. Həqiqətən də kütləvilik, istər gənc, istər yaşlı nəsil arasında həqiqətən maraq var idi. Oyunlarımız gərgin mübarizə şəraitində keçdi, marağa səbəb oldu”.
Pərvin Abbaszadə
- Baxış: 322