Sumqayıt şəhərində evlərdən birindən oğurluq edilib. Zərərçəkən Şəhər Polis İdarəsinə müraciət edərək mənzilindən 4500 manat məbləğində pul və qızıl-zinət əşyalarının oğurlandığını bildirib. İdarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 3 nəfər - Rəşad İsmayılov, Tural Hacıyev və Sahil Orucov saxlanılıblar. Araşdırmalar zamanı bu şəxslərin Sumqayıt şəhəri və ətraf ərazilərdə müxtəlif vaxtlarda ümumilikdə 8 mənzilə daxil olaraq pul və qiymətli əşyalar oğurladıqları məlum olub. Dəstə üzvləri əsasən yaşayış evlərinin birinci mərtəbələrindəki mənzillərə daxil olublar. Onlar zərərçəkənlərə ümumilikdə 100 min manata yaxın maddi ziyan vurublar. Faktlarla bağlı araşdırmalar aparılır.
- Baxış: 194