KepezTV Player
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı müvəqqəti olaraq rayonda yaşayan Cəfər Məmmədov saxlanılıb. Məmmədov 25-dən artıq şəxsə problemlərinin həllinə dair səlahiyyəti olmadığı halda vədlər verərək külli miqdarda ziyan vurub. O, ayrı-ayrı şəxslərin ümumilikdə 30980 manat pulunu ələ keçirib. Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Cəfər Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib.
- Baxış: 252