• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 981
— 07.12.2023 16:10

Qvardiola məşqçilik karyerasını bitirə bilər

KepezTV Player

Xosep Qvardiola məşqçilik karyerasını bitirə bilər. Bunu ispaniyalı mütəxəssisin özü açıqlayıb. “Mançester Siti”nin baş məşqçisi bildirib ki, 2024-cü ilin yayında fəaliyyətini başa vurması mümkündür. 52 yaşlı çalışdırıcı futbola vidanın hansı şərtlərdə reallaşacağını da qeyd edib. Əgər bu mövsüm onun komandası mübarizə apardığı hər 3 turnirdə qalib gəlsə, təqaüdə çıxacaq. O, qərarının qəti olduğunu söyləyib. Ötən mövsüm Premyer Liqa, İngiltərə kuboku və Çempionlar Liqasının qazanan “Mançester Siti” “trebl”ə imza atıb. “Şəhərlilər” İngiltərədə “Mançester Yunayted”dən sonra bunu bacaran ikinci komanda olub. 2008/09 mövsümündə “Barselona” ilə çempionluq, kubok və Çempionlar Liqası qazanan Qvardiola isə tarixə iki “trebl”ə imza atan ilk baş məşqçi kimi düşüb.