• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1268
— 07.12.2023 12:54

“Qarabağ” son 5 mövsümdə Avropanın ən yaxşı “3-lüy”ündə

KepezTV Player

“Qarabağ” son 5 mövsümdə avrokuboklarda faiz baxımından ölkəsinə ən çox reytinq xalı qazandıran klubların sıralamasında üçüncü pillədədir. Bu illər ərzində Azərbaycanın topladığı ümumi xalların 73,1 faizi Ağdam təmsilçisinin hesabındadır. Qurban Qurbanovun yetirmələri 13.250 əmsalla ölkə reytinqinə fayda verib. Faiz baxımından “Qarabağ”ı yalnız iki komanda qabaqlayır. Bunlar Lixtenşteyn klubu “Vaduts” və Moldova təmsilçisi “Şerif”dir. Geridə qalan 5 mövsümdə ən yüksək əmsala malik klubların sıralamasında isə “Qarabağ” 22-ci yerdə qərarlaşıb. 100 komandanın düşdüyü reytinqdə başqa klubumuz yer almayıb.