• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 741
— 05.12.2023 08:18

"Qarabağ" "Qəbələ"ni məğlub edərək liderliyini möhkəmləndirib

KepezTV Player

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub.Sonuncu matçda "Qarabağ" "Qəbələ"ni qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin qollarını 7-ci dəqiqədə Hamidu Keyta, 64-cü dəqiqədə Nəriman Axundzadə, 90+2-ci dəqiqədə isə Juninyo Olavio vurub. Xallarının sayını 32-yə çatdıran "Qarabağ" liderliyini möhkəmləndirib. "Qırmızı-qaralar" isə 11 xalla 9-cu pillədə qərarlaşıb.