• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2137
— 04.12.2023 14:58

Azərbaycanın daha bir paracüdoçusu Qran-pridə medal qazanıb

KepezTV Player

Azərbaycanın daha bir paracüdoçusu Namiq Abaslı Tokioda gerçəkləşən Qran-pridə medal qazanıb. 73 kq çəki dərəcəsində yer alan idmançı J2 kateqoriyasında çıxış edib. Abaslı özbəkistanlı Feruz Sayıdova qalib gələrək bürünc mükafata sahib çıxıb. Daha əvvəl Vüqar Şirinli və Şəhanə Hacıyeva gümüş medal əldə edib.