• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1606
— 04.12.2023 14:54

Azərbaycan avarçəkəni “Çağırış Kuboku-2023” reqatasının qalibi olub

KepezTV Player

Azərbaycan avarçəkəni Diana Dımçenko Monakoda şahzadə II Albertin şərəfinə təşkil edilən sahil avarçəkməsi üzrə “Çağırış Kuboku-2023” reqatasının qalibi olub. O, qarışıq 4 nəfərlik qayıqda avstriyalı Maqdalena Lobrinq, ABŞ idmançıları Kris Bak və Kori Rocerslə birgə mübarizə aparıb. 4000 metr məsafəyə yürüşdə Dımçenkonun komandası finiş xəttinə hamıdan birinci çataraq çempionluğu qazanıb. Sayca 18-ci dəfə təşkil edilən turnirdə 18 ölkədən 22 komandanın tərkibində 110 idmançı çıxış edib.