• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2438
— 02.12.2023 16:40

Yeniyetmələr arasında futbol çempionatı davam edir

KepezTV Player

AFFA-nın təşkilatçılığı ilə düzənlənən 14 yaşa qədər oğlanlardan ibarət komandalar arasında Azərbaycan çempionatı davam edir. Gəncədə 40-dan çox kollektivin mübarizə apardığı yarış şəhər Stadionunun ehtiyat meydançasında keçirilir. Yarışın təşkilində məqsəd futbolun təbliği və kütləviliyinə nail olmaq, yeniyetmələrin ustalıqlarının yüksəldilməsi və istedadlı oyunçuların seçilib namizəd olaraq gələcəkdə milli komandaya cəlb olunmasıdır.

İntiqam Səmədov- məşqçi-müəllim: “Tələbələrimizdən hal-hazırda Premyerliqada olanlar da var, dizivizionda, ikinci divizionda da var. İnşallah indiki yaş qrupunda keçirilən çempionatda da perspektivli, potensiallı görsənən uşaqlar da var. Gələcəyin peşəkar futbolçusu olmağa layiq uşaqlar var”. 

Murad Məmmədli- futbolçu: “Gəncə TİM-in oyunçusuyam. Biz indiyə qədər 9 görüşə çıxmışıq. Bunlardan 8-ni qazanmışıq, birində isə - “Çinar” ilə oynadığımız oyunda bərabərə qalmışıq. Futbol ilə 6 aydır məşğul oluram. İlk gəlməyə başlayanda çox həyacanlanmışdım. Sonra isə futbolu daha çox sevməyə başladım”.

Ramin Payev