• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1747
— 02.12.2023 12:04

Güləşçilərimiz Bakıda keçirilən dünya çempionatında 5 medal qazanıblar

KepezTV Player

Kişi güləşçilərdən ibarət Azərbaycan millisi Bakıda keçirilən hərbçilər arasında dünya çempionatının üçüncü gününü 5 medalla başa vurublar. 63 kiloqram çəki dərəcəsində mübarizə aparan Ziya Babaşov rusiyalı rəqibinə qalib gələrək qızıl medal qazanıb. Yunan-Roma güləşçisi Ülvi Qənizadə də əlcəzairli Merabet Abdelmalekini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Azərbaycanın digər təmsilçisi Murad Əhmədiyev final görüşündə italiyalı rəqibini məğlubiyyətə uğradaraq birinci yerin sahibi olub. Fərid Sadıqlı və Azad Əliyev isə bürünc medal uğrunda görüşlərdə rəqiblərindən üstün olaraq üçüncü yerləri tutublar. Bununla da yığma komandanın dünya çempionatında qazandığı medalların sayı 18-ə çatıb.