• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2304
— 27.11.2023 16:09

“Vüqar Həşimov Memorialı”nda dəyişiklik

KepezTV Player

Qəbələnin evsahibliyi edəcəyi “Vüqar Həşimov Memorialı”nın iştirakçılarının siyahısında dəyişiklik olub. Polşa təmsilçisi Yan-Kşiştof Duda səhhəti ilə əlaqədar yarışda iştirak edə bilməyək. Onun əvəzinə Hindistan şahmatçısı Arcun Eriqaysi ilk dəfə turnirə dəvət olunub. 14 yaşında beynəlxalq qrossmeyster olan Arcun Eriqaysi gənclər arasında Asiya çempionatının gümüş mükafatçısıdır. Yarış Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyanın təşkilatçılığı ilə dekabrın 8-11-i aralığında Qəbələdə təşkil olunacaq.