• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2348
— 24.11.2023 08:47

"Sərhədçi" klubu geridönüş edərək qələbə qazanıb

KepezTV Player

Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasında 5-ci turun açılış oyunu keçirilib. Turnir cədvəlinin aşağı sıralarında qərarlaşan "Sərhədçi" və "Gəncə" komandaları üz-üzə gəliblər. İki əlavə vaxtın oynanıldığı görüşün yekununda 17 xallıq fərqdən geridönüş edən "Sərhədçi" 109:108 hesablı çətin qələbə qazanıb. Ən məhsuldar basketbolçular "Sərhədçi"dən Brendon Miller - 30 xal, 9 assist, "Gəncə"dən isə Culs Mur 33 xal, 16 ribaundla oynayıb. 5-ci turun digər oyunları noyabrın 24-26-sı tarixlərində baş tutacaq.