• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1206
— 22.11.2023 18:58

GDU tələbələri ll Türk Dövlətləri Universiadasında

KepezTV Player

İdmanın güləş növü üzrə mübarizəyə qatılan gənclər qızıl və bürünc medal qazanaraq adlarını təhsil ocağının idman tarixinə yazdırıblar. Elə Azərbaycanın idman tarixinə də. Belə ki, GDU-nun tələbələri ilk dəfə qatıldıqları Universiadada debütları ilə sevindiriblər. 

Urfan Cabbarov- GDU-nun kafedra müdiri: “Gəncə Dövlət Universiteti idman sahəsində  böyük uğurlara imza atıb. Hətta keçən il Ümumrespublika üzrə  universiadada ikinci yerə layiq görülmüşdük. Ancaq beynəlxalq universiadalarda iştirak bir az olsa da, builki universiadada iştirakımız uğurlu oldu, tələbələrimiz yaxşı uğurlar qazandılar, nəticələr əldə elədilər. Hər iki tələbəmizi təbrik edirəm, onlara uğurlar arzu edirəm”.

GDU-nun Pedaqoji fakültəsinin məşqçilik ixtisasının tələbəsi Camal Abbasov Universiadada 61 kq çəki dərəcəsində qızıl medal qazanıb. Dünya çempionatının bürünc və Avropa çempionatının ikiqat qalibi Universiadadakı mübarizəni heç də zəif hesab etməyib. 

Camal Abbasov- Universiadanın qızıl medalçısı: “Yaxşı hazırlaşmışdıq. Bakıda təlim-məşq toplanışı keçdik. 1 həftəlik təlim keçdik. Uğurlu çıxış etdik. Məşqlər uğurlu alındı və yollandıq Qazaxıstanın Türkistan şəhərinə. Yarışda 4 görüş keçirtdim. Birinci görüşüm türk idmançısı idi, ikinci Qırğızıstan, üçüncü Qazaxıstan, final görüşü isə özbəkistanlı rəqiblə idi. Ən çətin görüşüm yarımfinalda Qazaxıstan idmançısı ilə oldu. Gərgin bir görüş keçdi. Şükür ki, qalib gəldim və çempion oldum”.

Çağırışaqədərki Hazırlıq ixtisasının tələbəsi Vasif Bağırov isə Dünya və Avropa çempionudur.  Güləşçi Universiadada 57 kq-da bürünc medalla kifayətlənməsini səhhətindəki problemlərlə izah edib.

Vasif Bağırov- Universiadanın bürünc medalçısı: “7 ay bundan əvvəl əməliyyat keçirmişdim. 5 ay müddətində idman edə bilmədim. Buna baxmayaraq iki ay müddətində həmin yarışa hazırlaşdım. Əlimizdən gələni elədik. İnşallah qabaqdan gələn Avropa və Dünya çempionatlarında uğurla iştirak edəcəyik”.

Qarşıda hər 2 idmançını böyüklər arasında Azərbaycan birinciliyi gözləyir.

Ramin Paşayev