• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1423
— 22.11.2023 14:58

"Vüqar Həşimov Memorial-2023" superturnirinin iştirakçıları müəyyənləşib

Dekabrın 7-11-i aralığında Qəbələdə təşkil olunacaq "Vüqar Həşimov Memorial-2023" superturnirinin iştirakçıları müəyyənləşib. Memorialın direktoru Anar Allahverdiyev yerli şahmatçılardan Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Nicat Abasov, Rauf Məmmədov və Aydın Süleymanlının yarışa qatılacağını bildirib. Turnirdə Santoş Vidit, Rixard Rapport, Yan-Kşiştof Duda, Yorden van Forest və Boris Qelfand kimi əcnəbi şahmatçılar da iştirak edəcək.