• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2113
— 21.11.2023 20:20

"Gəncə"dən uğursuz debüt

KepezTV Player

Yeni yaradılan "Gəncə" klubu qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında debüt edib. Komanda doğma meydanda azarkeşlər qarşısına çıxıb. 2023-2024-cü illər mövsümünün ilk matçında kollektiv Gəncə Olimpiya İdman Kompleksində "Murov Az Terminal" klubunu qəbul edib. Yerli azarkeşlərin böyük maraq göstərdiyi və boş yerin olmadığı kompleksdə oyun qonaqların arzuladığı kimi yekunlaşıb. Bakı təmsilçisi üç setdə qalib gələrək görüşün taleyini öz xeyrinə həll edib. "Gəncə" üçün debüt uğursuz alınıb.