• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1140
— 18.11.2023 16:09

Müdafiə naziri Hava Hücumundan Müdafiə bölmələrinin döyüş hazırlığını yoxlayıb

KepezTV Player

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti döyüş hazırlığının qəfil yoxlanılması məqsədilə Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələrindən birində olub. General-polkovnik Zakir Həsənov komandirlərin qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki bacarıqlarını, eləcə də bölmələrin döyüş hazırlığını yoxlayıb. Praktiki atışlar da yerinə yetirilib. Şərti düşmənin aşkar olunan hava hədəfləri məhv edilərək qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra edilib.