• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1780
— 18.11.2023 15:52

Altı ay müddətinədək əmək müqaviləsində sınaq müddəti müəyyənləşir

KepezTV Player

Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində sınaq müddətinə dair norma müəyyənləşib. Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Əmək Məcəlləsində edilən dəyişiklikdə əksini tapıb. Sınaq müddəti müəyyən edilməyən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla biləcək. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir.

Prezident İlham Əliyev sərəncam imzalayıb

Dövlət başçısı Azərbaycan təsviri sənətinin inkişafında və təbliğində böyük xidmətlərinə görə Çingiz Əbdül Məcid oğlu Fərzəliyevin “Şərəf” ordeni ilə təltif edilməsi barədə sərəncam da imzalayıb.