• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 728
— 12.10.2023 10:20

11 oktyabr - Beynəlxalq Qızlar günüdür

Dünya bir evdir, övlad onun işığı. Oğul arxadırsa, qız yaraşığı... Bəs, qız  uşaqlarının rolları nələrdir? Bir çox ölkələrdə uşaqların insan hüquqları pozulduqda ilk qurbanlar qızlar olur. Yaşlarına və cinsinə görə onlar tez-tez ikiqat ayrı-seçkiliyə məruz qalırlar.

İlqar Əliyev-GDU-nun nəzdində Regional Kollecin şöbə müdiri: “Ümumiyyətlə, qız valideyni olmaq çox böyük bir məsuliyyətdir və xoşbəxtçilikdir. Çünki mən özüm həm qız övladım olduğuna, həm də  2 qız nəvəm olduğuna görə, həmişə onlara xüsusi qayğıyla yanaşıram. Belə deyim, onlara individual yanaşma var. Hər birinin öz xarakteri və xüsusiyyəti var”.

2012-ci ildən etibarən hər il 11 oktyabr - Beynəlxalq Qızlar gününün  keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir. Bu gün qızların hüquqlarına qoyulan investisiyalar məhdud olaraq qalır və qızlar öz potensiallarını həyata keçirmək üçün çoxsaylı problemlərlə üzləşməyə davam edirlər.

Zümrüd Qəhrəmanova- ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi: “11 Oktyabr – Beynəlxalq Qızlar Günü münasibətilə, bütün qızlarımızı təbrik edirəm. Onlara cansağlığı, xoşbəxt həyat arzulayıram. Üzlərindən heç vaxt təbəssüm əksik olmasın”.

Gəlin cəmiyyət olaraq tək Beynəlxalq Qızlar Günündə deyil, hər daim qızlara təhsilləri, fiziki və əqli sağlamlıqları naminə zorakılıqsız bir həyat bəxş edək!

 Xuraman Ağayeva

ƏTRAFLI...