• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1708
— 07.10.2023 11:46

Rusiyanın sərhəd gözətçi gəmisi Bakıya gəlib

KepezTV Player

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti rəhbərinin müavini vitse-admiral R.Tolokun rəhbərliyi ilə sərhəd gözətçi gəmisi Bakı limanına dostluq səfəri edib. Rusiya nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən qəbul edilib. Görüşdə Azərbaycan ilə Rusiya sərhəd mühafizə qurumları arasında aidiyyəti istiqamətlər, o cümlədən Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi, bioloji resursların qorunması, qanunsuz fəaliyyətə qarşı mübarizə sahəsində əməkdaşlığın uğurla inkişaf etməsi qeyd olunub, qarşılıqlı əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.