• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 882
— 04.10.2023 16:59

Antiterror əməliyyatında 37 nəfər saxlanılıb, 2 nəfər məhv edilib

KepezTV Player

Türkiyə Daxili İşlər Nazirliyi Ankarada DİN-in binası yaxınlığında terror aktı törədən terrorçunun kimliyini müəyyən edib. Bu barədə Nazirliyin yaydığı məlumatda deyilir. “DNT testi nəticəsində ikinci terrorçunun separatçı PKK təşkilatının üzvü - Özkan Şahin olduğu müəyyən edilib”, - deyə məlumatda bildirilib. Daha əvvəl terror aktını törədən digər şəxsin PKK üzvü Həsən Oğuz olduğu məlum olub. Bu arada Türkiyə hüquq - mühafizə orqanları İstanbul, Van, Şanlıurfa, Elazığ, Dücze, Diyarbakir, Bursa, Edirne, Kırlareli, Kilis, Iğdır, Hatay, Adana, Kahramanmaraş və Dənizli vilayətlərində əməliyyat keçirib. Daxili işlər naziri Ali Yerlikaya bildirib ki, bölücü terror təşkilatına qarşı keçirilən əməliyyatda 37 nəfər saxlanılıb. Həmçinin, Ağrı vilayətində sərhədi qanunsuz keçməyə çalışan 2 terrorçu məhv edilib. Nazir terrorçulara qarşı mübarizənin sonadək davam edəcəyini bildirib.