• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 909
— 04.10.2023 11:35

Payız fəslinin geyim və makiyaj trendi

Yaxşı moda anlayışına sahib olmaq nədir? Geyim bizim üçün nə deməkdir? Əlbəttə, geyim ilk baxışdan  insan və onun xarakteri haqqında ilkin təəssürat yaradır. Lakin libasına görə bir insan haqqında rəy söyləmək heç də düzgün fikir deyil.

Düzdür, dəb - həyatın və ya mədəniyyətin müəyyən sahəsində qəbulolunmuş tərzin müvəqqəti hökmranlığıdır. Ancaq dəb anlayışı əksər hallarda tez keçiciliklə əvəz olunur.

Bəs görəsən dəbin səciyyəvi cəhətlərini görə bilmək bacarığı insanlarda nə dərəcədə  inkişaf edib? Geyim layihəsi hazırlanarkən onun xarici forması, yəni zahiri görünüşü nəzərdən keçirilirmi?

Nuray İsmayılzadə- tələbə: “Mən əsasən geyimlərimdə rahatlığa və komforta önəm verirəm. Çünki geyindiyim geyimdə rahat olmasam, işlərimlə məşğul ola bilmərəm. Eyni zamanda dəblə geyinməyimə də xüsusi önəm verirəm. Məncə, insan bədəninə yaraşdığı geyimi  dəblə tamamlamalıdır. Bunu, əsasən geyimlərimizə müəyyən aksessurları da əlavə etməklə edə bilərik. Ancaq hər zaman dəb ardınca qaçmaq və gəlirimizin əsas hissəsini buna sərf etmək məqsədəuyğun deyil. Əsasən geyimlərimdə açıq tonlara və sadə aksessurlara önəm verirəm. Ancaq mütəxəssislərimizə belə bir sualım var ki, mən necə geyinsəm daha müasir və eyni zamanda zərif görünə bilərəm?”

Zeynal Baxışov- tələbə: “Mən də geyinməyi çox sevirəm. Və demək olar ki, geyimlərimə daha çox məbləğ xərcləyirəm. Qarderobumu tez-tez dəyişməyi sevirəm. Hər zaman fərqli tərzdə olmaq mənə motivasiya verir. Ancaq bununla yanaşı, hər daim dəb ardınca qaçmıram. Özümü hansı geyimdə daha rahat hiss edirəmsə, o geyimlərə önəm verirəm. Məncə geyim tərzi onun daxili dünyasını üzə çıxarır. Mən özüm isti havalarda daha açıq tonlara üstünlük verirəm. Soyuq havalarda isə əsasən tünd rəngli geyimlər mənim üçün ideal seçim olur.”

Dünyaca məşhur dəb ustalarının proqnozlarına görə payız-qış mövsümü üçün dəbdə olan geyimlər əsasən qırmızı və limon şərbəti rəngi çalarlarını əks etdirir. Bundan əlavə  sadə və cazibədar  geyimlər, çiçək detalları, transparan geyimlər, ağ köynəklər, trapes və axıcı libaslar, metal parçalar dəbli geyim və makiyaj  ideal kombindir.

Makiyajınızda bu movsüm şərab tonlarından istifadə etməyiniz daha məqsədəuyğundur. Gündüzdən gecəyə qədər rahatlıqla istifadə olunan bu rəng, makiyajınız üçün əvəzolunmaz olacaq

Almacıq sümüklərinizi aydınlatmaq sizi yetəri qədər məmnun etmirsə, göz ətraflarınıza da parıltıdan  istifadə edə  bilərsiniz. 

Aksessuar və zinət əşyaları obrazın xırda, lakin çox vacib hissəsidir. Sadə cins şalvar və köynək geyinsəniz belə, düzgün seçilmiş aksessuarla qeyri-adi  effekti yarada bilərsiniz.

Dəb professionallarının məlumatlarına əsasən bu mövsüm qalın dabanlı ayaqqabılara üstünlük veriləcək. Bu cür ayaqqabılar boyunuza bir neçə santimetr hündürlük əlavə edəcək. Həmçinin onlar gündəlik istifadə üçün olduqca ideal və rahatdır.

“İnsan xoşbəxt olduğunda, gözəl görünür”, deyiblər. Hər zaman gözəllikdə olmaq diləyilə.

Xuraman Ağayeva

ƏTRAFLI...