• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2000
— 02.10.2023 19:06

Prezident Qranada görüşünün sülh gündəliyinin inkişafına təkan verəcəyinə ümidvardır

Prezident İlham Əliyev Anqlikan Kilsəsinin dini rəhbəri, Kenterberi Arxiyepiskopu Castin Velbini qəbul edərkən Qranadada keçiriləcək qarşıdan gələn görüşün regionda sülh gündəliyinin inkişafına təkan verəcəyinə ümidvarlığını ifadə edib. Azərbaycanın sülh müqaviləsi ilə bağlı təşəbbüslə çıxış etdiyini bir daha vurğulayan Prezident İlham Əliyev sülh gündəliyinin irəli aparılması üçün regionda tarixi imkanların və fürsətlərin yarandığını bildirib, hazırda ölkəmizin bu istiqamətdə göstərdiyi səylərə toxunub. Dövlət başçısı görüşdə Qarabağın erməni sakinlərinin hüquqlarının təmin olunması üçün görülən işlərdən də danışıb. Antiterror tədbirləri dayandırıldıqdan sonra mərkəzi hökumət tərəfindən Qarabağ bölgəsində yaşayan erməni əhalisinə genişmiqyaslı humanitar yardımlar edildiyini vurğulayıb. Prezident İlham Əliyev miqrasiya, sosial müdafiə və səhiyyə sahələri ilə bağlı əhaliyə yerində xidmətlər göstərildiyini diqqətə çatdırıb. Dövlət başçısı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qarabağın erməni sakinlərinin hüquqlarının və təhlükəsizliyinin təmin olunması ilə bağlı geniş ictimaiyyətə, həmçinin ermənilərə ünvanlanmış bəyanat verdiyini vurğulayıb.