• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1658
— 30.09.2023 20:09

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat

KepezTV Player

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursat barədə bu gün saat 18:00-a olan məlumat açıqlanıb. 2585 atıcı silah, 224 qumbaraatan, 53 top və haubitsa, 63 minaatan, 54 tank əleyhinə silah, 135 HHM silahı, 22 zirehli texnika, 174 avtomobil texnikası, 21 qoşqu, 9 yardımçı texnika, 1685 raket, 4956 top və haubitsa mərmisi, 2627 zenit top mərmisi, 12305 minaatan mərmi, 5419 qumbara, 3036 əl qumbarası, 1 976 068 patron, 5751 digər sursat, 280 optik cihaz, 37 digər cihaz, 997 fərdi təchizat vasitəsi, 15 müxtəlif silah qurğusu, 2260 digər təchizat vasitəsi müsadirə edilib. Bu barədə MN-dən bildirilib.