• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 812
— 30.09.2023 19:49

Azərbaycan-Çin tərəfdaşlığı gündən-günə yeni məzmunla zənginləşir

KepezTV Player

Yaxın dost və etibarlı tərəfdaş ölkə olan Çinlə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Şadam ki, qədim tarixə və xoş ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, tərəfdaşlığımız gündən-günə yeni məzmunla zənginləşir. Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinə Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə ünvanladığı təbrik məktubunda əksini tapıb. "Çin şirkətləri uzun müddətdir ki, ölkəmizdə səmərəli fəaliyyət göstərir və dövlətlərarası münasibətlərimizin inkişafında vacib rol oynayırlar. Biz bu əməkdaşlığın işğaldan azad olunmuş ərazilərimizdə də davam etdirildiyini görmək istərdik", - deyə dövlət başçısı qeyd edib.